AZ

İranla sərhəddə yeni gömrük keçid məntəqəsi inşa olunacaq

BAKI,TurkicWorld

Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" gömrük keçid məntəqəsi inşa olunacaq.

TurkicWorld-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, bununla əlaqədar Araz çayı üzərində yeni körpü salınacaq.

"İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Həmçinin piyadaların keçidi üçün imkanlar yaranacaq", - deyə komitə sədri qeyd edib.

Seçilən
43
3
turkic.world

4Mənbələr