AZ

Bolqarıstanda əhalinin sayı açıqlanıb

Bakı, 29 aprel, AZƏRTAC

Bolqarıstanın əhalisi 2025-ci il dekabrın 31-nə olan məlumata görə, 6 milyon 423 min 207 nəfər təşkil edib.

AZƏRTAC BolqarIstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb. Bildirilib ki, əhali bir il ərzində 0,22 faiz azalıb. Məlumata görə, əhalinin 24,3 faizini 65 yaşdan yuxarı yaşlılar, 13,9 faizini isə 15 yaşadək olan uşaqlar təşkil edir. Orta yaş həddi 45,4-ə çatıb.

Qeyd olunub ki, 2025-ci ildə ölkəyə 44 mindən çox immiqrant gəlib, 9 mindən artıq şəxs isə ölkəni tərk edib.

 

Seçilən
40
1
azertag.az

2Mənbələr