AZ

AFFA bu klubu 13 min manat CƏRİMƏLƏDİ

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Neftçi" klubu 13 min manat cərimələnib.

Milli.Az xəbər verir ki, buna Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"la oyunda yaşananlar səbəb olub.

Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə "ağ-qaralar" 5 000 manat ödəyəcək.

Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.

"Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
12
news.milli.az

10Mənbələr