AZ

BƏƏ-nin OPEC-dən çıxması qlobal neft bazarında "ağırlıq mərkəzi"ni dəyişə bilər

Qlobal enerji bazarında OPEC və OPEC+ ətrafında baş verən proseslər yenidən diqqət mərkəzinə düşüb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması ilə bağlı müzakirələr enerji bazarlarında ciddi rezonans doğurub. Bu kimi qərar və ehtimallar təşkilatın gələcək taleyinə dair suallar yaradır. Xüsusilə hasilat kvotaları, ehtiyat güclər və bazar payı məsələləri yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, OPEC daxilində baş verən dəyişikliklər qlobal neft qiymətlərinə və təchizat zəncirinə birbaşa təsir göstərir.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki,BƏƏ-nin OPEC-dən çıxması ilə bağlı açıqlaması neft bazarları üçün sürpriz oldu:

"Bu qərara qədər BƏƏ OPEC daxilində üçüncü ən böyük istehsalçı kimi mühüm rol oynayıb. Eyni zamanda OPEC+ ittifaqının ən fəal iştirakçısı olub. BƏƏ-nin təsdiq olunmuş neft ehtiyatları 113 milyard barel təşkil edir”.

Vəliyev qeyd etdi ki, Yaxın Şərqdəki gərginliyə qədər ölkənin sutkalıq neft hasilatı təxminən 3,4 milyon barel səviyyəsində olub. Onun sözlərinə görə, BƏƏ regionun ən güclü emal infrastrukturuna malik ölkələrdən biridir.

Strateji infrastruktur və ixrac imkanları

Seçilən
39
publika.az

1Mənbələr