Aktual.az xəbər verir ki, bunu İran Təhsil Nazirliyinin sözçüsü Əli Fərhadi deyib.
"Bəzi şagirdlər təhsillərini Omandakı İran məktəblərinin nəzarəti altında davam etdirəcək, digərləri isə birbaşa İran məktəblərindən onlayn təhsil alacaq”, - o bildirib.
Fərhadi BƏƏ-nin təxminən 2500 iranlı şagirdin qovulmasına səbəb olan hərəkətlərini tənqid edib:
"Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrdəki İran məktəbləri hazırda onlayn fəaliyyət göstərir və tədris ili virtual formatda başa çatacaq”.