AZ

ABŞ rəsmiləri Pentaqonun İrandakı məktəbə hücumla bağlı səssizliyini tənqid ediblər

Pentaqon bu ilin əvvəlində İrandə məktəbə edilən hücumla bağlı ABŞ-nin mümkün iştirakı barədə tənqidlərlə üzləşib.

Redaktor.az xəbər verir ki, beş keçmiş ABŞ rəsmisi, o cümlədən keçmiş hərbi hüquqşünaslar, Pentaqonu hadisə ilə bağlı kifayət qədər şəffaflıq göstərməməkdə ittiham ediblər.

Məlumata görə, İran rəsmiləri 28 fevralda Minab şəhərindəki ibtidai məktəbə raket düşməsi nəticəsində 110-u uşaq olmaqla 168 nəfərin həlak olduğunu bildiriblər.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi hadisənin araşdırıldığını açıqlasa da, hələlik yekun nəticə təqdim edilməyib.

ABŞ mediasının məlumatına əsasən, bəzi hərbi müstəntiqlər hücumda ABŞ qüvvələrinin təsadüfi iştirak ehtimalını istisna etməyiblər, lakin yekun qərar verilməyib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
39
1
redaktor.az

2Mənbələr