AZ

Azərbaycanın Almaniyadakı səfiri Bundestaqın komitə sədri ilə görüşdü

BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan Almaniyadakı səfiri Nəsimi Ağayev Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüşdə tərəflər ölkələr arasındakı münasibətləri və regional inkişaf proseslərini müzakirə ediblər. Söhbət zamanı Azərbaycan və Ermənistan arasındakı sülh prosesində əldə olunan mühüm irəliləyişlərə toxunulub.

Səfir qeyd edib ki, sülh prosesindəki tərəqqi regionda ortaq rifah və davamlı sabitliklə xarakterizə olunan yeni dövrün başlanğıcıdır.

Seçilən
46
teleqraf.com

1Mənbələr