"Bayern Münhen"in qapıçısı Manuel Noyer Çempionlar Liqasının yarımfinalında PSJ ilə ilk oyunda (4:5) antirekordla yadda qalıb.
Fanat.Az xəbər verir ki, alman qapıçı qoruduğu "çərçivə"yə vurulan beş zərbədən heç birini dəf edə bilməyib.
Beləliklə, Manuel Noyer turnirin pley-off mərhələləri üçün nadir sayılan göstərici ilə diqqət çəkib. "Opta"nın məlumatına görə, oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman "Çelsi"nin qapıçısı Ed de Geye "Barselona"yla dörddəbir final matçında bir dənə də olsun seyv etmədən beş qol buraxıb.
Finala vəsiqənin taleyi mayın 6-da "Allianz Arena"da keçiriləcək cavab oyununda aydınlıq gələcək.
Mirağa