AZ

Ukrayna “Panoramitis” gəmisinin həbsinə dair İsrailə rəsmi sorğu göndərib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Ukrayna İsrailə diplomatik və hüquqi kanallar vasitəsilə “Panoramitis” adlı gəmi ilə bağlı rəsmi müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga "X" sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, Ukrayna Baş Prokurorluğu davam edən istintaq çərçivəsində məhkəmənin gəminin həbsinə dair qərarına əsaslanaraq İsrail hakimiyyətinə müvafiq sorğu göndərib.

Sibiga bildirib ki, sözügedən gəmi beynəlxalq hüquq normalarını və Ukrayna qanunvericiliyini pozmaqla, müvəqqəti işğal olunmuş ərazilərdə yerləşən qapalı limandan qanunsuz çıxarılmış taxıl yükünün daşınmasında şübhəli bilinir.

“Bu, “Twitter diplomatiyası” deyil, konkret beynəlxalq hüquqi yardım tələbi olan rəsmi hüquqi və diplomatik müraciətdir və cavab tələb edir. Ümid edirik ki, İsrail tərəfi buna ciddi yanaşacaq və emosional bəyanatlarla kifayətlənməyəcək”, — deyə Sibiga vurğulayıb.

Məlumata görə, bu həftə İsrailin Ukraynadakı səfiri Mixail Brodski Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdən qanunsuz çıxarılan kənd təsərrüfatı məhsullarının İsrailə daxil olmasına görə ona etiraz notası təqdim edilib.

Ukrayna prezidenti Vladimir Zelenski İsraili iki ölkə arasındakı münasibətləri zəiflədə biləcək addımlardan çəkinməyə çağırıb. O qeyd edib ki, Rusiyadan oğurlanmış Ukrayna taxılının alınması hüquqi məsuliyyət yaradır.

Eyni zamanda, İsrail Xarici İşlər Nazirliyi Zelenskinin Təl-Əvivin Rusiyadan oğurlanmış Ukrayna taxılı aldığına dair açıqlamalarını rədd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
bizimyol.info

1Mənbələr