AZ

İsrail Qəzza donanmasına qarşı sanksiya tətbiq etdi - 100 gəmi hədəfdə

İsrael Katz Qəzza zolağına doğru yola çıxan “Qlobal Sumud Donanması - İkinci Missiya” ilə bağlı maliyyələşmə təşəbbüslərinə qarşı sanksiya tətbiq olunması barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik “Qlobal Sumud Donanması”nı maliyyələşdirmək üçün aparılan ianə kampaniyasını hədəf alan sanksiyaların tətbiqinə başlayıb və bu addımın donanmanın maliyyə mənbələrini zəiflətmək məqsədi daşıdığı qeyd olunub.

Məlumata görə, təşəbbüs çərçivəsində təxminən 1000 fəal 100-dən çox gəmi ilə müxtəlif ölkələrdən, o cümlədən İspaniya, İtaliya və Türkiyədən yola çıxıb.

İsrail tərəfi donanmanın HƏMAS ilə əlaqəli strukturlar tərəfindən təşkil edildiyini iddia edərək, onun “humanitar yardım adı altında siyasi məqsədlər daşıdığını” bildirib.

Qeyd olunur ki, "The Times of Israel" sanksiyaların real təsirinin hələlik qeyri-müəyyən olduğunu yazıb, lakin İsrail qanunlarına əsasən müdafiə nazirinin belə əmrlər vermək səlahiyyətinin olduğu vurğulanıb.

Məlumata əsasən, İsrail Hərbi Dəniz Qüvvələri donanmanı Qəzza sahillərinə çatmazdan əvvəl ələ keçirməyi planlaşdırır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
32
1
redaktor.az

2Mənbələr