AZ

BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünya neft bazarında bomba effekti yaradan qərar qəbul edib. Ölkə mayın 1-dən etibarən OPEC və OPEC+ təşkilatlarından rəsmən ayrılacağını elan edib.

Publika.az xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi dövlət agentliyi WAM məlumat yayıb. Ölkənin energetika və infrastruktur naziri Suheyl əl-Mazrui bu addımın səbəblərini açıqlayaraq, dünyanı qorxuya salan mühüm məqama toxunub.

Nazir bildirib ki, bu qərar birbaşa Hörmüz boğazının faktiki olaraq bağlanması və neft tədarükünün məhdudlaşması ilə bağlıdır: “Tələb və təklif balansına, Hörmüz boğazının bağlı olduğu dünya konyunkturasına baxsaq, görərik ki, bu faktorlar Fars körfəzindən xam neft və hazır məhsul axınını dayandırır. Belə bir vəziyyətdə əvvəlki strategiyalardan tamamilə fərqli hərəkət etmək məcburiyyətindəyik”.

Əl-Mazrui vurğulayıb ki, hazırda nəinki BƏƏ, digər körfəz ölkələri də neft hasilatını artıra bilmirlər. Çünki çıxarılan nefti dünya bazarına çıxarmaq üçün əsas yol olan Hörmüz boğazı ciddi risk altındadır: “Dünya bu riskə diqqət yetirməlidir. Hörmüz boğazı açılmalı və gəmilərin azad hərəkəti təmin edilməlidir”.

Seçilən
28
publika.az

1Mənbələr