AZ

Allergiya əlamətləri belə başlayır FOTOLAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Allergiya çox zaman yüngül əlamətlərlə başlayır.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirib. O vurğulayıb ki, müəyyən simptomlar artıq təcili tibbi müdaxilə tələb edir:

“Dodaqlarda və dildə şişkinlik, ağız boşluğunda ödem hissi yarandıqda bu, tənəffüs yollarında daralma riski deməkdir və dərhal həkimə müraciət edilməlidirr”.

Mütəxəssis qeyd edib ki, dodaqlarda və barmaqlarda göyərmə, ağız ətrafında rəngin dəyişməsi oksigen səviyyəsinin aşağı düşdüyünü göstərir:

“Bu, təcili yardım tələb edən vəziyyətdir. Vəziyyət ağırlaşdıqda digər sistem əlamətləri də müşahidə oluna bilər. 

Ürək döyüntülərinin sürətlənməsi və ya zəifləməsi, ürəkbulanma, huşda zəiflik, təzyiqin qəfil enməsi və hətta sidik saxlaya bilməmə kimi hallar anafilaktik reaksiyaya işarə edə bilər”.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr