AZ

Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanuna dəyişiklik edildi

BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev qanun imzalayıb.

Dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin adına və 1-ci hissəsinə, həmçinin 70-ci maddəsinin “Qeyd” hissəsinə əlavələr olunub.

Bu əlavələrə görə, mövcud normaların tətbiq dairəsi genişləndirilərək dövlət uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri, eləcə də bu qəbildən olan digər dövlət təhsil müəssisələri də əhatə olunacaq.

Eyni zamanda, “Təhsil haqqında” Qanunda da analoji dəyişikliklər aparılıb. Belə ki, qanunun bir sıra maddələrinə — 1.0.6-cı, 1.0.6-1-ci, 29.0.29-cu, 29.0.43-cü, 33.3.9-cu maddələrə, həmçinin 36-2-ci maddənin adına və müvafiq hissələrinə qeyd olunan təhsil müəssisələrinin daxil edilməsi ilə bağlı əlavələr edilib.

Seçilən
39
teleqraf.com

1Mənbələr