ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Hörmüz boğazının bağlanması enerji təchizatına və Almaniyanın iqtisadi göstəricilərinə böyük təsir göstərir.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Biz, Almaniyada və Avropada, bunun nəticələrindən, məsələn, Hörmüzün bağlanmasından çox əziyyət çəkirik. Bu, enerji təchizatımıza və iqtisadi göstəricilərimizə böyük təsir göstərir. Buna görə də, mən bu münaqişənin həllində israrlıyam. Ötən ilin hadisələri, xüsusən də son aylarda İranda baş verən hadisələr, müdafiə qabiliyyətlərimizə investisiya qoymağın nə qədər vacib olduğunu göstərir. Özümüzü qoruya biləcək vəziyyətdə olmaq istəyirik”, - o bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.