AZ

Dnepr şəhərində “Şahed” daşınan zenit raket kompleksi ilə belə vuruldu VİDEO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ukraynanın Dnepr şəhəri üzərində Rusiyaya məxsus “Şahed” tipli PUA-nın daşınan zenit-raket kompleksi ilə vurulduğu bildirilir.Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər yerli teleqram kanallarında yayılıb.Kadrlarda gecə saatlarında hava hədəfinə raket buraxıldığı və bir neçə saniyə sonra partlayış baş verdiyi görünür.Yerli mənbələrin məlumatına görə, Ukrayna hərbçiləri “Şahed”i daşınan zenit-raket kompleksi ilə zərərsizləşdiriblər.Rəsmi qurumlar görüntülərlə bağlı hələlik ayrıca açıqlama yaymayıblar.Qeyd edək ki, son günlər Dnepr şəhəri Rusiyanın PUA və raket hücumlarına məruz qalır. Aprelin 25-də Dneprə kombinə edilmiş hücum nəticəsində yaşayış binasının bir hissəsi dağılıb, ölən və yaralananlar olub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
50
bizim.media

10Mənbələr