Məlum olduğu kimi çempionluq həsrətinə son qoya bilməyən ''Fənərbaxça'' ''Qalatasaray''a məğlubiyyətin ardından Domeniko Tedesko ilə yollarını ayırdı.
"Football-plus.az" xəbər verir ki, italyanəsilli almaniyalı mütəxəssisin istefası ilə bağlı müzakirələr səngiməmiş onunla bağlı yeni maraqlı iddia ortaya atılıb.
İtaliya mətbuatının yazdığına inansaq, ''Fiorentina'' 40 yaşlı məşqçiyə ciddi maraq göstərir. A seriyasında zəif mövsüm keçirən florensiyalılar bu yay yeni məşqçi ilə yeni dönəmə qədəm qoymaq istəyirlər. Rəhbərliyin fikrincə, komandanı yeni səviyyəyə yüksəldə biləcək məşqçilərdən biri məhz Tedeskodu.
Digər namizədlərin adları bəlli deyil. İstefadan cəmi 2 gün sonra belə bir xəbərin yayılması onu göstərir ki, Türkiyədə qarşıya qoyulan hədəfə çatmamasına baxmayaraq Tedeskoya yenə də belə desək, tələbat var.
Tedesko İtaliyada doğulmasına və bu ölkə ilə sıx bağlı olmasına baxmayaraq indiyə qədər heç vaxt orda çalışmayıb. Almaniya, Rusiya, Türkiyədə çalışmış, eləcə də Belçika yığmasında işləmiş bu məşqçinin İtaliyaya yollanması sürpriz olmayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta