Argentina millisinin üzvü Franko Mastantuono "Real Madrid"dəki durumundan narahatdır.
Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu "kral klubu"nda müntəzəm oynamadığı üçün iş yerini dəyişmək barədə düşünür.
Mənbə gənc oyunçunun "River Pleyt"ə qayıtmağı planlaşdırdığını diqqətə çatdırıb. "Real"ın cinah oyunçusunu satmaq istəmədiyi, lakin mümkün icarə təkliflərini dəyərləndirə biləcəyi vurğulanıb.
Mastantuononun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub. O, ötən yay qoşulduğu "kral klubu"nda 30 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat