AZ

AFFA yeni baş məşqçiyə təklif etdi - Razısansa, komandanı bu liqaya buraxaq

AFFA rəhbərliyi U-20-nin baş məşqçisi Rui Jorgeyə təklif irəli sürüb.

Bu barədə federasiyadan redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, qurum yeni yaradılan millinin növbəti mövsümdən etibarən I Liqada mübarizə aparmasını istəyir.

Portuqaliyalı mütəxəssis təklifə müsbət yanaşarsa, yığma aşağı dəstədə müsabiqədənkənar yarışacaq.

2027-ci ildə FİFA-nın U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək. AFFA-nın yuxarı eşalonu bu qənaətdədir ki, komanda həmin vaxtadək daim bir yerdə olmalı, oyun praktikası qazanmalıdır.

I Liqanı bunun üçün ən uyğun yer görürlər. Rui Jorge ideyanı bəyənsə, gələn sezonda çempionatda iştirakçı sayı artıq 10 deyil, 12 olacaq.

II Liqada ilk iki pilləni tutanlar birbaşa I Liqaya vəsiqə qazanacaq. Üçüncü yerin sahibi isə I Liqanın doqquzuncusu ilə pley-off oyunu keçirəcək.

SPORTİNFO.AZ

Seçilən
54
sportinfo.az

1Mənbələr