Azərbaycan Birinci liqasında keçirilən “Mingəçevir” – “Zaqtala” matçında maraqlı anlar yaşanıb.
"Cebheinfo.az xəbər verir ki, matçın 23-cü dəqiqəsində qonaqların futbolçusu Okan Təhməzli ağır zədə alıb.
O, oyuna davam edə bilməyib. Hərəkət etməkdə çətinlik çəkən O.Təhməzlini “Mingəçevir”in kapitanı Kənan Quliyev qucağında meydandan çıxarıb.
“Zaqatala”nın futbolçusunun stadiondan xəstəxanaya aparıldığı deyilir.
Qeyd edək ki, qarşılaşmada “Mingçevir” 2:0 üstünlüyə malikdir.
"Cebheinfo.az"