AZ

Artıq nəqliyyatda xarici kartlardan istifadə etmək mümkün olacaq Yenilik

ain.az bildirir, Yenisabah portalına istinadən.

Bakıda ictimai nəqliyyatda xarici emissiyalı bank kartları vasitəsilə NFC texnologiyası əsasında təmassız ödəniş imkanı yaradılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

NFC ödəniş sisteminə ötən ildən başlanılıb. NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
28
yenisabah.az

10Mənbələr