AZ

ABŞ-də Trampın şəkli olan xüsusi pasportlar hazırlanacaq  

ABŞ Dövlət Departamenti ölkənin yaradılmasının 250-ci ildönümü şərəfinə məhdud sayda xüsusi dizaynlı pasportların çap ediləcəyini təsdiqləyib.

Anadolu Agentliyi xəbər verir ki, qurumun sözçüsü Tommi Piqottun sözlərinə görə, bu yeni pasportların üzərində Prezident Donald Trampın təsviri yer alacaq.

Məlumata görə, cəmi 25 min ədəd çap edilməsi planlaşdırılan bu sənədlərin daxili qapağında Prezident Donald Trampın portreti həkk olunacaq. Bu layihə reallaşarsa, ABŞ tarixində ilk dəfə vəzifəsini icra edən prezidentin şəkli rəsmi səyahət sənədində əks olunacaq. Xüsusi dizaynlı pasportların ABŞ-nin müstəqilliyinin 250 illiyinin qeyd ediləcəyi iyul ayında dövriyyəyə buraxılması nəzərdə tutulur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr