Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
Türkiyə Kubokunun finalının yeri və vaxtı dəyişdirilib
QOL.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, həlledici matçı ilə bağlı yeni qərar qəbul edilib.
Belə ki, daha əvvəl mayın 24-nə planlaşdırılan matçın tarixi dəyişdirilərək mayın 22-nə keçirilib. Görüşün başlama saatı isə Bakı vaxtı ilə 21:45 olaraq müəyyənləşdirilib. Həmçinin qarşılaşma Antalyada yerləşən "Corendon Airlines Park" stadionunda keçiriləcək.
Xatırladaq ki, kubokun yarımfinal mərhələsində "Gənclərbirliyi" - "Trabzonspor" və "Konyaspor" - "Beşiktaş" cütlükləri mübarizə aparır. Həmin komandaların qalibləri finalda üz-üzə gələcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.