AZ

"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İranla aparılan danışıqlar nəticəsiz qalarsa, İsrail hərbi variantı nəzərdən keçirə bilər.

Redaktor.az xəbər verir ki, Saar bu fikirləri "Al Arabiyya" telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar uğursuz olarsa, İsrail təhlükəsizlik baxımından alternativ addımları istisna etmir.

Nazir həmçinin qeyd edib ki, İsrail ordusu Hizbullah tərəfindən edilən hücumlara lazım bildiyi qədər cavab verəcək.

O əlavə edib ki, Livandə dövlət və ordu tam nəzarəti təmin etdikdən sonra İsrail qüvvələri oradan geri çəkilə bilər.

Seçilən
68
redaktor.az

1Mənbələr