AZ

Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər

style='margin-bottom:10px;'>

İspaniyada 70 yaşlı qapıçı Mateos Qonzales tarixi rekorda hazırlaşır.

QOL.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, "Kolunqa" klubu bazar günü "Praviano"ya qarşı keçiriləcək matçda Mateos Qonzalesi meydana buraxmağı planlaşdırır. Bu, baş tutsa, o, ölkə tarixində rəsmi oyunda çıxış edən ən yaşlı futbolçu olacaq. O, uzun illərdən sonra komandaya məşqlərdə kömək edirdi.

Qeyd edək ki, klub bu addımı futbolçuya ehtiram əlaməti kimi dəyərləndirir. 

Xatırladaq ki, daha öncə "Turon", "Kaudal" və "Santyaqo de Aller" kimi klubların şərəfini qorumuş Mateos 43 yaşında rəsmi yarışlarla vidalaşıb. 

Seçilən
36
4
teleqraf.com

5Mənbələr