AZ

Qriplə qarışdırılan təhlükə Həkim allergiyanın əsas fərqini açıqladı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Qrip və allergiya əlamətlərinin oxşar olması bir çox hallarda bu iki vəziyyətin qarışdırılmasına səbəb olur. Xüsusilə burun axıntısı, asqırma və öskürək kimi ümumi simptomlar düzgün diaqnozu çətinləşdirir. Lakin bu hallar arasında həm yaranma səbəbi, həm də müşahidə olunan klinik əlamətlər baxımından ciddi fərqlər mövcuddur. Bu fərqləri düzgün ayırd etmək isə vaxtında və doğru müalicə üçün mühüm əhəmiyyət daşıyır.Məsələ ilə bağlı pediatr Günay Rəsulzadə Demokrat.az-a bildirib ki, allergik hal dediyimiz zaman əlinin davamlı burunda olması müşahidə olunur:"Burun axıntısı şəffaf, adi su kimi olur, səhər saatlarında burun tıxanıqlığı artır. Burundan axıntı və asqırma tutmaları çox olur, qızarıqlıq və şişkinlik yaranır. Gözlərdə qızarıqlıq, şişkinlik və qaşınma müşahidə edilir. Eyni zamanda allergik öskürəyin özünə xas xüsusiyyətləri olur. Xışıltılı tənəffüs müşahidə edilir. Fitverici tənəffüs və uşağın sinəsində pişik xırıltısına bənzər səslər eşidilir. Təngnəfəslik yaranır. Uşağın qarın tənəffüsü sürətlənir. Hərəkət zamanı və efor zamanı öskürək artır. Tutma şəkilli öskürəklər çoxalır. Gecə saatlarında öskürək daha da artır". Pediatr deyib ki, bu əlamətlər allergiyanı düşündürür:"Xüsusən də uşağın ana və atası allergikdirsə, bu uşaqlarda allergiya ehtimalı daha yüksək olur. Qripdən fərqli olaraq allergik hallarda qızdırma çox zaman olmur. Amma bəzi infeksiyaların tətiklədiyi allergiyalar da mövcuddur. Bu halda allergik şikayətlərin başlanması uşağın keçirdiyi üst tənəffüs yolu xəstəliyi və virus infeksiyası ilə əlaqəli olur",- deyə həkim qeyd edib. Yəni, övladınızda qızdırma olmadan davamlı asqırma, şəffaf burun axıntısı və sinədə xırıltı varsa, bu, qrip deyil, allergik vəziyyət ola bilər.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
demokrat.az

1Mənbələr