AZ

Sabirabadın bir kəndində körpü yararsız vəziyyətə düşüb

Sabirabad rayonunun Ulacalı kəndi ərazisində Kür çayında suyun səviyyəsinin yüksəlməsi müəyyən fəsadlar yaradıb.

Day.Az-ın məlumatına görə, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində çayda suyun artımı davam edir.

 

Bu səbəbdən Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü yararsız vəziyyətə düşüb. İntensiv yağışlar nəticəsində körpünün bir hissəsi suyun altında qalıb.

Nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti məhdudlaşıb.

Seçilən
74
day.az

1Mənbələr