“Google Home”un son yeniləmələri ağıllı ev cihazlarındakı problemləri tapmağı asanlaşdırır. Tətbiq artıq bir cihazın oflayn olmasına səbəbini dərhal göstərə bilir. Yeni "hesabın yenidən əlaqələndirilməsi" bildirişləri cihazın niyə qoşulmadığını göstərir. Google "Home Vitals" adlı yeni bir proqram da təqdim etdi. Bu sistem cihazların bağlantı vəziyyətini izləyir, xətaları aşkar edir və problemləri aradan qaldırır.
Yeniləmə “Gemini” ilə bağlı təkmilləşdirmələrə də malikdir. Süni intellekt istifadəçinin əmrinin müstəqil olub-olmadığını və ya əvvəlki sorğunun davamı olduğunu daha yaxşı anlayır.
“Google Home”da cihaz əmrlərinin tanınması da optimallaşdırılıb. Cavab sürəti təxminən 1,5 saniyəyə qədər yaxşılaşıb, lakin bu, yalnız ingilis, fransız və ispan dillərindədir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”