Naxçıvanda duzun emalı bərpa olunub.
Ucnoqta.az xəbər verir ki, "Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.
Müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.
Xatırladaq ki, 2025-ci il oktyabr ayından duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi baxımından müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalı prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti olaraq dayandırılmışdı.///apa