AZ

Ankara qərarı sərtləşdirdi: ruslar üçün yaşayış icazəsi bahalaşdı

Türkiyədə Rusiya vətəndaşları üçün turist tipli yaşayış icazəsinin (VNH) qiyməti kəskin şəkildə artırılıb.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, bir illik turist VNH artıq minimum 620 dollar (28 min lirədən çox) təşkil edir.

Halbuki əvvəllər bu məbləğ təxminən 44 dollar səviyyəsində idi. İki illik yaşayış icazəsi isə indi təxminən 1284 dollara (58 min lirəyə yaxın) başa gəlir, bu da əvvəlki təxminən 144 dollarla müqayisədə ciddi artım deməkdir.

Rəsmi qurumlar qiymət artımının səbəbləri ilə bağlı açıqlama verməyib. Yalnız bildirilib ki, VNH-nin dəyəri icazənin növündən, vətəndaşlıqdan və digər amillərdən asılı olaraq dəyişir.

Musavat.com

Seçilən
50
1
musavat.com

2Mənbələr