AZ

SAYSIZ TƏYİNATLAR, DƏYİŞMƏYƏN MÜHİT, ARTMAYAN MAAŞ VƏ ƏLƏ ALINAN MEDİA… – ADY-da növbəti dəyişiklik aparılıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinat olub.

Məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Bağırov ADY-nin Tikinti layihələrinin idarə olunması departamentinin Maliyyə və smeta şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər İnzibati sektorun müdiri vəzifəsində, 2022-2024-cü illərdə isə Maliyyə mütəxəssisi vəzifəsində çalışıb/iqtisadiyyat.

Mia.az onu da bildirir ki, ADY-da Rövşən Rüstəmovun təyinatından sonra saysız dəyişikliklər aparılıb. Və fakt budur ki, təyinatların 95 faizi bu sahəyə yad, bixəbər adamların üzərində olub: “ADY-dəki strateji departament və şöbə rəislərinin kimlər olmasını araşdırın, elə faktlar ortaya çxacaq ki…”

Məlumatda deyilir ki, qurumda bu qədər təyinat və vəzifədən azadetmə halları olsa da, nə maaş, nə mükafat artımı var, nə qurumdaxili normal atmosfer: “Üstəlik, ADY-da gərginlik pik həddindədir. Maraqlı burasıdır ki, ADY rəhbərliyi boğazdan yuxarı daşan neqativ halların yuxarı orqanlara çatmaması və ya ictimiləşməməsi üçün əksər üzdə olan media orqqanları ilə aylıq 400-500 manatdan “press-reliz reklamı” adıyla “anlaşıb”. Kiminlə necə, hansı şərtlərlə anlaşma barədə siyahı var…”

Bu və ya digər mıəqamlarla bağlı mia.az-ın ətraflı araşdırması davam edir.

Seçilən
52
editor.az

1Mənbələr