AZ

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

Dünya Qızıl Şurasının hesabatına görə, 2026-cı ilin ilk rübündə qızıla olan qlobal tələbat 2 faiz artaraq 1231 tonla rekord vurub.

TASS Agentliyi xəbər verir ki, bu rekord artımda əsas rolu investisiyalarını kəskin artıran asiyalı investorlar oynayıb. 

Mərkəzi banklar da aktivliyini qoruyub. Belə ki, ilin əvvəlindən Polşa və Özbəkistan başda olmaqla, dünya bankları tərəfindən 244 ton qızıl alınıb. Külçə və sikkə satışındakı 42 faizlik artım investorların bu metala inamını göstərir.

Qiymətlərin bahalaşması zərgərlik sahəsində tələbatı 23 faiz azaltsa da, bu sahəyə xərclənən ümumi vəsait 31 faiz artıb. Eyni zamanda, süni intellekt texnologiyalarının inkişafı sənayedə qızıl istifadəsini 82 tona çatdırıb. Qızıl həm etibarlı aktiv, həm də mühüm sənaye xammalı kimi mövqeyini qoruyur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
48
azerbaijan-news.az

1Mənbələr