ain.az, Moderator.az saytına istinadən bildirir.
Belçikanın müdafiə naziri Teo Franken Donald Trampın NATO ilə bağlı tənqidlərinin müəyyən mənada doğru olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bəli, NATO bəzən "kağız pələng" kimi davrana bilər. Bu doğrudur və mən bunu təsdiqləyə bilərəm, çünki alyansın qərargahı məhz Belçikada yerləşir", - deyə o, ABŞ-də Atlantik Şurasında çıxışı zamanı bildirib.
Teo Franken çıxışdan əvvəl amerikalı həmkarı Pit Heqset ilə də görüşüb.
Nazir daha əvvəl CNN-ə müsahibəsində ABŞ və Avropa ölkələri arasında NATO daxilindəki fikir ayrılıqlarını "uzun sürən ailə böhranı" kimi xarakterizə edib və tərəfləri bu vəziyyəti aradan qaldırmaq üçün səylərini artırmağa çağırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.