AZ

Fidan: ABŞ və İran atəşkəsin uzadılmasını nəzərdən keçirməyə meyllidirlər



ABŞ və İran danışıqlar mövqelərini daha da inkişaf etdirmək üçün atəşkəsin uzadılmasını nəzərdən keçirməyə meyllidir.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Fidan, bu açıqlamanı Vyanada avstriyalı həmkarı Beate Meinl-Reisinger ilə keçirdiyi mətbuat konfransında verib.

"Hazırda atəşkəsin uzadılması zəruridir. Müharibənin yenidən başlamaması bizim üçün vacibdir. Atəşkəs ilk dəfə elan ediləndə bildirmişdik ki, bir çox vacib məsələlərdə razılığa gəlmək üçün iki həftə kifayət etməyə bilər. Əlavə vaxta, atəşkəsin uzadılmasına ehtiyacımız ola bilər. Görürəm ki, tərəflər, açığı, buna sadiqdirlər", - deyə o bildirib.

Fidan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqi də atəşkəsin uzadılmasını zəruri edir.

"İnanıram ki, növbəti bir neçə gün, xüsusən də tərəflərin mövqelərini aydınlaşdırması üçün çox vacib olacaq. Hər iki tərəfin daimi atəşkəs və sülh, eləcə də Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyə çalışması vacibdir. Burada həll edilməli olan bəzi detallar var", - deyə o qeyd edib.

Süleyman
Seçilən
77
newscenter.az

1Mənbələr