AZ

Rəqibini qucağında daşıyan kapitanın hərəkəti gündəm olub VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın Birinci Liqasında 24-cü tur çərçivəsində keçirilən “Mingəçevir” - “Zaqatala” matçında azarkeşlərin rəğbətini qazanan maraqlı an qeydə alınıb.

İdman.Biz xəbər verir ki, Mingəçevirdə baş tutan görüşdə xərək daşıyanların azyaşlı olması maraqlı görüntülərə səbəb olub. Belə ki, “Zaqatala”nın futbolçusu zədələnərək yerdə qaldıqda, ev sahiblərinin kapitanı Kənan Əliyev xərək gözləmədən rəqibini qucağına alaraq meydandan kənara çıxarıb.

Bu hadisə aprelin əvvəlində Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən “Kəpəz” - “Qəbələ” oyunundakı bənzər mənzərəni xatırladıb. Həmin vaxt Gəncə təmsilçisinin və Azərbaycan millisinin üzvü Rəhman Hacıyev matçın 79-cu dəqiqəsində zədələnərək oyunu davam etdirə bilməmişdi. O zaman komandanın həkimi xərək gözləmədən fiziki gücündən istifadə edərək yarımmüdafiəçini qucağına alıb meydandan kənarlaşdırmışdı.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
icma.az

1Mənbələr