AZ

​“Zəngəzur dəhlizi Türk dünyasının logistika zənciri rolunu oynayacaq” – Pərvanə Vəliyeva

"Ermənistan 2008-ci ildə müqavilə imzalayaraq 30 il müddətinə öz dəmir yollarını konsessiya əsasında Rusiya şirkətinə verib. Müqavilə qüvvədədir və əlavə 10 il uzadılma imkanı var (yəni 2038-ci ilə qədər). Hazırda isə bölgədə yaranmış yeni reallıqlar fonunda kommunikasiyaların açılması istiqamətində işlər davam etdiyi bir dövrdə bir məsələ ortaya çıxıb. Ermənistan hökuməti dəmir yolu idarəçiliyini həm Ermənistan, həm də Rusiya ilə münasibətləri yaxşı olan üçüncü bir ölkəyə verməyi təklif edir. Dəmir yolu konsessiyasının bir hissəsinin Qazaxıstan, BƏƏ və ya Qətər kimi ölkələrdən birinə verilməsi nəzərdən keçirilir. Ermənistanın mövqeyi ondan ibarətdir ki, bəzi ölkələr onların dəmir yolu şəbəkəsindən istifadə etməkdən çəkinir, çünki onu Rusiya idarə edir. Daha sonra Paşinyan bu ideyanı rəsmi şəkildə Moskvaya təqdim edib. Rusiyanın cavabı qəti olub: onlar bu nəzarətdən imtina etmək niyyətində deyillər. Ermənistanın planı daha çox nəzəri xarakter daşıyır; reallıqda isə bu, işləmədi".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ətrafında aparılan müzakirələr son dövrlərdə yenidən aktiv mərhələyə keçib. Bu çərçivədə Ermənistan ərazisində cənubla şimalın Naxçıvan üzərindən dəmir yolu bağlantısı ilə birləşdirilməsi ideyası diqqət mərkəzinə çıxır. Regional güclər və beynəlxalq aktorlar bu tip layihələrin yalnız iqtisadi deyil, eyni zamanda strateji və siyasi nəticələr doğura biləcəyini nəzərə alaraq prosesə ehtiyatlı yanaşma nümayiş etdirirlər. Əslində, bu təşəbbüsün gündəmə gəlməsi post-münaqişə dövründə formalaşan yeni geosiyasi dinamikanın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Nəqliyyat dəhlizləri üzərində nəzarət, tranzit axınlarının idarə olunması və regionda inteqrasiya modelləri

Deputat qeyd edib ki, Ermənistan tərəfdaşlıqlarını şaxələndirməyə çalışsa da, nə Rusiya bu planı dəstəkləyir, nə də potensial tərəfdaşlar bu rolu üzərinə götürməyə hazırdır.

Seçilən
56
aznews.az

1Mənbələr