AZ

Salah mövsümün sonunadək yaşıl meydanlara qayıda bilər

İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahın zədəsi ilə bağlı yeni məlumat yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, misirli futbolçunun cari mövsümün sonuna qədər yenidən meydana qayıtması gözlənilir.

Xatırladaq ki, futbolçu ötən şənbə günü “Kristal Pelas”a qarşı keçirilən oyunun ikinci hissəsində əvəzlənmişdi. Onun oyunu tərk etməsinə səbəb olan problem yüngül əzələ zədəsi kimi qiymətləndirilib.

Beləliklə, Salahın yayda komandadan ayrılmasından əvvəl yenidən heyətə qoşulacağı gözlənilir.

Seçilən
69
90deqiqe.az

1Mənbələr