AZ

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Vaşinqton, 29 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ABŞ lideri zəng zamanı Ukrayna və bir qədər İran məsələsini müzakirə etdiyini bildirib.

“Çox yaxşı söhbətimiz oldu. Ümid edirəm ki, tez bir zamanda bir həll yolu tapacağıq. Putinə dedim ki, İran məsələsi ilə müqayisədə Ukrayna ilə müharibənin bitməsində iştirak etməyinizi daha çox istərdim. Çünki bu, bizim üçün daha vacibdir”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
5
azertag.az

10Mənbələr