AZ

​Bu ölkədə 800-dən çox dildə danışırlar

Dünyada dil müxtəlifliyi baxımından ən diqqətçəkən ölkə Papua Yeni Qvineya hesab olunur. Metbuat.az xəbər verir ki, bu ölkədə təxminən 840-dan çox dildə danışılır. Bu, dünya üzrə mövcud dillərin təxminən 10 faizinə bərabərdir. Yəni planetdəki hər 10 dildən biri məhz bu ölkədə istifadə olunur. Maraqlıdır ki, burada danışılan dillər sadəcə ləhcə fərqləri deyil, bir-birindən tamamilə fərqli və müstəqil dillərdir. Bu səbəbdən bəzi bölgələrdə qonşu kəndlər belə bir-birini başa düşməkdə çətinlik çəkir. Hətta qısa məsafə qət etdikdə belə fərqli dilə rast gəlmək mümkündür.

Dil müxtəlifliyinin əsas səbəbi isə ölkənin mürəkkəb coğrafiyası ilə bağlıdır. Dağlıq ərazilər, sıx meşələr və adalar icmaların uzun müddət bir-birindən təcrid olunmasına gətirib çıxarıb. Nəticədə kiçik qruplar zamanla öz dillərini formalaşdırıb. Bu qədər fərqli dilə baxmayaraq, ölkədə ünsiyyət üçün əsasən ingilis dilinə əsaslanan Tok Pisin adlı ümumi dil istifadə olunur və çoxdillilik gündəlik həyatın adi bir hissəsi sayılır.

Seçilən
32
metbuat.az

1Mənbələr