
İranda dolların məzənnəsi azad bazarda tarixin ən yüksək həddinə yüksələrək 176 min tümən səviyyəsində qərarlaşıb.
AFN.az xəbər verir ki, ölkənin azad bazarında dolların satış kursunun bu həddə çatması ilə yerli valyuta rekord səviyyədə dəyər itirib. ABŞ və İsrailin hücumlarının başladığı 28 fevral tarixindən əvvəl bir dollar 160 min tümənə mübadilə edilirdi.
Son dövrdə İranın milli valyutasında yaşanan kəskin ucuzlaşma ABŞ-ın ağır sanksiyaları ilə mübarizə aparan ölkədə müharibənin gətirdiyi iqtisadi yüklə birlikdə ciddi ölçülərə çatıb. Ekspertlər qeyd edirlər ki, hərbi gərginlik və blokadalar fonunda valyuta bazarındakı bu qeyri-stabillik ölkədə inflyasiya təzyiqini daha da artırır.