AZ

Türkiyə Çanaqqala (Dardanel) boğazını bağladı

Türkiyə mediasının 29 apreldə verdiyi məlumata görə, Çanaqqala boğazı müvəqqəti olaraq ikitərəfli gəmiçilik üçün bağlanıb.

Bu qərar Rusiyadan İzmitə gedən və sürətini itirən 274 metrlik tankerə kömək əməliyyatından sonra təhlükəsizlik səbəbi ilə verilib.

Barbados bayrağı altında üzən gəmi boğazda güclü cərəyanlar səbəbindən Eceabat yaxınlığında sürətini yavaşlatıb. Kapitan kömək üçün Dardanel boğazı Gəmi Hərəkəti İdarəsi ilə əlaqə saxlayıb. Bundan sonra Türkiyə Sahil Mühafizəsi İdarəsinin Kurtarma-10, Kurtarma-18 və Kurtarma-20 yedək gəmiləri tankerə göndərilib. Ərazidəki gəmilərə vəziyyət barədə məlumat verilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr