AZ

ABŞ-nin hərb naziri NATO müttəfiqlərini hədələdi: “Bu bağışlanmazdır”

ABŞ-nin hərb naziri Pit Heqset bəyan edib ki, bir çox NATO müttəfiqi İrana qarşı əməliyyatda onlara etibar etməyin mümkün olmadığını nümayiş etdirib və bunun nəticələri olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə açılış nitqi zamanı danışıb.

“Lakin bütün müttəfiqlər bu dərsi qavramayıblar və fəallıq göstərmədikləri təqdirdə bunun nəticələri olacaq. Son həftələrdə, məsələn, bir çox NATO müttəfiqlərimiz göstərdilər ki, ölkəmizin İrana qarşı əməliyyatlarına dəstək vermək məsələsində onlara etibar etmək olmaz. Halbuki onlar özləri Yaxın Şərqin enerji bazarlarından bizdən daha çox asılıdırlar və İranın nüvə silahından imtina etməsində, onun güc proyeksiyası imkanlarının zəiflədilməsində maraqlıdırlar. Bu bağışlanmazdır və biz bunu yadda saxlayacağıq”, – deyə Pit Heqset bildirib./Oxu.Az /

Seçilən
26
1
nocomment.az

2Mənbələr