ABŞ prezidenti Tramp İranın Hörmüz boğazını açmaq təklifini rədd edib və Tehran ABŞ-ın nüvə narahatlığını aradan qaldıran razılaşmanı qəbul edənə qədər dəniz blokadasını davam etdirəcəyini bildirib.
"Blokadanın davam etdirilməsini istəmirlər. Mən də blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm. Blokada bombardmandan bir az daha təsirlidir. Onlar hazırda boğulurlar və vəziyyət onlar üçün daha da pisləşəcək" – deyə Tramp Axios-a açıqlamasında bildirib.
Tramp İranın "əvvəlcə Hörmüz boğazını açmaq və nüvə sazişini sonraya saxlamaq" təklifini qəbul etmədiklərini bildirib.
Tramp İrana qarşı dəniz blokadasının Tehranın neft ehtiyatlarına ciddi təzyiq göstərdiyini və ölkənin hər gün ciddi iqtisadi itkilərlə üzləşdiyini iddia edərək, İranın bu vəziyyəti davam etdirə bilməyəcəyini və razılığa gəlmək istədiyini bildirib.
Tahir TAĞIYEV