AZ

Brent neftinin qiyməti 120 dolları keçdi

Brent neftinin qiyməti 120 dolları keçdi

Dünya bazarında "Brent" markalı neftin qiyməti 2022-ci ildən bəri ilk dəfə 120 dollar həddini aşıb.

AFN.az xəbər verir ki, Londonun ICE birjasında keçirilən hərraclarda iyul fyuçersləri təxminən 8% bahalaşaraq 120,03 dollara çatıb.

Eyni zamanda ABŞ-ın WTI nefti də 8%-dən çox bahalaşaraq bir barel üçün 108 dollara qədər yüksəlib.

Ekspertlər qiymətlərin kəskin artımını qlobal geosiyasi gərginlik və tədarük zəncirindəki qeyri-müəyyənliklərlə əlaqələndirirlər. Neft bazarındakı bu sıçrayışın dünya iqtisadiyyatına, xüsusən də enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərəcəyi gözlənilir.

Seçilən
25
afn.az

1Mənbələr