AZ

İran futbol rəsmiləri Kanadadakı FİFA konqresində iştirakdan imtina edib

İran futbol rəsmiləri Kanadadakı FİFA konqresində iştirakdan imtina edib

İran Futbol Federasiyasının nümayəndələri Kanadada keçirilən FİFA konqresində iştirak etməyiblər.

AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, buna səbəb Toronto hava limanında immiqrasiya xidmətinin nümayəndə heyətinə qarşı nümayiş etdirdiyi "uyğunsuz rəftar" olub.

Bildirilir ki, viza ilə ölkəyə daxil olan üç rəsmi şəxs sərhəd xidmətinin hərəkətləri və İranın silahlı qüvvələrindən birinin təhqir olunması iddiası ilə geri qayıtmağa məcbur qalıblar. Federasiya prezidenti və baş katibin müavini insidentdən sonra Türkiyəyə dönüblər.

Qeyd edək ki, FİFA-nın növbəti konqresi bu həftə Vankuverdə keçirilir. Kanada, ABŞ və Meksika ilə birlikdə 2026-cı il dünya çempionatının ev sahiblərindən biridir. Baş vermiş diplomatik gərginliyin idman müstəvisində hansı fəsadlara yol açacağı maraq doğurur.

Seçilən
46
afn.az

1Mənbələr