AZ

Simeone oyundan sonra dava salıb VİDEO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyanın “Atletiko” futbol komandasının baş məşqçisi Dieqo Simeone oğlu Culiano Simeone ilə “Arsenal”ın müdafiçisi Ben Uayt arasında ciddi mübahisə düşüb.

İdman.Biz xəbər verir ki, buna səbəb londonluların oyunçusunun Madrid klubunun embleminin üzərinə ayaq basaraq keçməsi olub. Simeone futbolçunun bu hərəkətini komandaya və azarkeşlərinə qarşı hörmətsizlik kimi qiymətləndirib və dərhal ona etirazını bildirib.

Gərginlik meydandan kənarda da davam edib. Matç başa çatdıqdan sonra komandalar paltardəyişmə otağına yollanarkən tuneldə tərəflər arasında əlbəyaxa dava başlayıb. Mübahisənin böyüdüyünü görən klub personalı və təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edərək oyunçuları və baş məşqçini çətinliklə sakitləşdiriblər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
50
icma.az

10Mənbələr