“Şaxtyor”un baş direktoru Sergey Palkin bildirib ki, Mixaylo Mudrıkın cəzası səbəbindən klub 30 milyon avro itirə bilər. “Çelsi” və Ukrayna millisinin yarımmüdafiəçisi dopinq testinin müsbət nəticəsi səbəbindən 2024-cü ilin noyabr ayından bəri oynamır.
Ölkə.az xəbər verir ki, jurnalist Ben Ceykobs sosial media hesabında Palkinin sözlərini sitat gətirib:
“Onun müqaviləsində 30 milyon avro bonuslar var. Əgər o, oynamasa və ya “Çelsi” nəticə əldə etməsə, 30 milyon avro itirəcəyik. Bu, maliyyə vəziyyətimizə ciddi təsir göstərəcək. Hamı inanır ki, bu, mümkün qədər tez və müsbət nəticə ilə başa çatacaq və Mudrik oyuna qayıdacaq. Əks halda, 30 milyon avro itirə bilərik.
Mən Mudriki həm oyunçu, həm də insan kimi tanıyıram. İnanıram ki, o, qayıdıb yenidən oynamağa başlayacaq. Hamı məhkəmənin qərarını gözləyir və bunun nə vaxt baş verəcəyi və ya son qərarın nə vaxt veriləcəyi barədə heç bir məlumatımız yoxdur”.(publika)