AZ

Mövsümün son Azərbaycan derbisi

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki,  "Neftçi" "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir. 

Qarşısına  avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan meydan sahibləri bu gün qalib gələcəyi halda turnir cədvəlində 4-cü pilləyə yüksələ bilər. Həmçinin "Neftçi" 3 xal qazanacağı təqdirdə "Sabah"ın çempionluğu rəsmiləşəcək.

Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.

Misli Premyerv Liqası

III dövrə, XXI tur (təxirə salınmış oyun)

20:00. "Neftçi" – "Qarabağ"

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Bakı. "Palms Sports Arena".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
sport24.az

1Mənbələr