AZ

Liverpul Salahın son durumunu açıqladı RƏSMİ

ain.az, Fanat saytına istinadən bildirir.

"Liverpul" ulduz futbolçusu Məhəmməd Salahın zədəsi ilə bağlı məlumat yayıb. 

Fanat.Az xəbər verir ki, məlumat komandanın rəsmi saytında dərc olunub. 

Rəsmi açıqlamada bildirilib ki, son turun "Kristal Pelas"la oyununda xəsarət alaraq əvəzlənən misirli ulduzun zədəsi ilkin diaqnozun əksinə olaraq, çox ciddi deyil. Mersisaydlılar Salahın bu mövsümün sonuna qədər yenidən oynaya biləcəyini təsdiqləyib. Başqa sözlə, futbolçunun problemi əzələ zədəsi kimi qiymətləndirilib. Buna görə də, Salah yayda planlaşdırılan gedişindən əvvəl yaşıl meydana dönə biləcək.

Məhəmməd Salah bu yaxınlarda cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Müqaviləsinin müddəti 2027-ci ilə qədər olsa da, o, yayda komandadan azad agent kimi ayrılacaq.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
fanat.az

2Mənbələr