Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni vaxtda başlayacaq.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Kristal Pelas"ı məlum səbəbdən ev oyunlarını keçirdiyi Polşanın Krakov şəhərində qəbul edəcək.
İspaniyada isə "Rayo Valekano" ilə "Strasburq" üz-üzə gələcəklər.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. "Rayo Valyekano" (İspaniya) – "Strasburq" (Fransa)
23:00. "Şaxtyor Donetsk" (Ukrayna) – "Kristal Pelas" (İngiltərə)