AZ

Ukrayna və Moldovanın Avropaya inteqrasiya yolu Gürcüstanın yolu deyil

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Papuaşvili: “Gürcüstan heç vaxt ərazisini güzəştə getməyi və Aİ üzvlüyü naminə dövlətçilikdən imtina etməyi nəzərdə tutan bir yolla getməyəcək”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropaya inteqrasiyaya gedən "Ukrayna və Moldova yollarının" Gürcüstan üçün qəbuledilməz olduğunu və ölkənin heç vaxt bu yolu tutmayacağını bildirib.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, spiker Almaniya kansleri Fridrix Merzin və Moldova Prezidenti Maya Sandunun açıqlamalarının Aİ üzvlüyü naminə suverenlikdən imtina demək olduğunu iddia edib.

"Dünən Almaniya kansleri Fridrix Merzin bəyanatını gördük. O Ukraynanın Aİ üzvlüyünə doğru irəliləmək üçün ərazisini güzəştə getməli olacağını söylədi. Həmçinin Moldova Prezidentinin bəyanatını da eşitdik. O Moldova dövlətinin ləğv edilməsinin və Rumıniyanın bir hissəsinə çevrilməsinin Aİ-yə üzvlüyün ən optimal yolu olduğunu təkrarladı. Hər iki bəyanat Aİ üzvlüyü naminə suverenlikdən imtina etməyi - ya onun ləğvini, ya da demək olar ki, tamamilə itirilməsini nəzərdə tutur”, - deyə qeyd edib.

Papuaşvilinin sözlərinə görə, Merzin bəyanatı göstərir ki, əgər Ukrayna üzvlük istəyirsə, əraziləri üzərində yurisdiksiyadan və suverenlikdən imtina etməli olacaq: “Moldova Prezidenti deyir ki, əgər bir ölkə Aİ-yə qoşulmaq istəyirsə, təkcə suverenliyindən imtina etməməli, həm də dövlətçiliyini effektiv şəkildə ləğv etməlidir. Ukrayna və Moldova nümunə kimi göstərildikdə, Aİ-də, Brüsseldə və onların Gürcüstandakı uzantılarına demək istəyirəm ki, Ukrayna və Moldovanın Avropaya inteqrasiya yolu Gürcüstanın yolu deyil. Gürcüstan heç vaxt ərazisini güzəştə getməyi və Aİ üzvlüyü naminə dövlətçilikdən imtina etməyi nəzərdə tutan bir yolla getməyəcək. Aİ üzvlüyünü öz-özlüyündə bir məqsədə çevirən yanaşma məhz bu deməkdir. Əgər üzvlük özlüyündə bir məqsəddirsə, bu, ərazi və dövlət suverenliyindən imtina etməyə hazırlıq deməkdir. Buna görə də, bizim üçün Aİ üzvlüyü ərazilərdən, suverenlikdən və öz siyasətini müstəqil şəkildə müəyyən etmək hüququndan imtina etməyi tələb edirsə, bu, özlüyündə bir məqsəd deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
ayna.az

1Mənbələr